11 Dekabr 2017, Bazar ertəsi - 07:51

Rusiya-2017: Sıralanma turu

Rusiya-2017: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:09 - 29 Aprel, 2017

Keçən il hamı Pirelli-ni tənqid etmişdi ki, niyə Soçiyə ən yumşaq UltraSoft tərkibini gətirməyib. Bu il təkər təchizatçısı Rusiya yarışına ən yumşaq üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirib, amma əslində bu tərkiblər keçənilkindən bərkdirlər.

Ənənəvi sürüşkən və hamar Soçi asfaltı dördüncü Qran Priyə codlaşmayıb – sürücülər asfaltla ilişmənin zəifliyindən gileyləniblər, təkərləri qızdırmaq və lazımi işçi rejimə çatdırmaq isə asan olmayıb. Keçən illərdə olduğu kimi, sıralanma turunda sürücülər bir neçə dövrədən ibarət seriyalarla işləyiblər ki, təkərlərin effektivliyini artırsınlar.

Dünən və bu gün səhər məşqlərində Ferrari sürücüləri liderlik etsələr də, Mercedes sürücüləri tədricən fərqi azaldıblar. Mövsümün bütün poullarını, eləcə də Soçi trasındakı bütün poulları bu günə qədər Mercedes sürücüləri qazanmışdılar, amma bu gün Ferrari sürücüləri qətiyyətli görünüblər.

Colion Palmer həftəsonu ərzində əvvəlcə şassisini, bu gün səhər isə güc qurğusunu dəyişməli olub – mexaniklər işlərini sıralanma turuna 10 dəqiqə qalmış bitiriblər.

Birinci sessiyaya yalnız Ferrari sürücüləri SuperSoft-la çıxıblar, digər sürücülər isə birbaşa UltraSoft-la başlayıblar. Protokollara Valtteri Bottas başçılıq edib – 1:34.041. Sessiyanın sonunda sürətli dövrəsini başa vuran Verlyayn yerində fırlanıb. Eyni anda 3-cü döngədə Palmer də trasdan çıxaraq baryerlərə çırpılıb. Onlardan başqa Vandorn, Eriksson və Qrojan da mübarizəni dayandırıblar.

İkinci sessiyada ilk cəhdinə bütün sürücülər UltraSoft-la çıxıblar və Bottas protokollara başçılıq edib. Son sessiyaya isə Sayns, Stroll, Kvyat, Maqnussen və Alonso keçə bilməyiblər.

Son sessiyada sürücülər bir neşə dövrə vurduqdan sonra sürətli dövrəyə başlamağa üstünlük veriblər. İlk cəhdində protokollara Kimi Rəykkönen başçılıq edib – 1:33.253. Sebastyan Fettel ikinci səhdində komanda yoldaşını cüzi üstələyib – 1:33.194, amma Mercedes sürücüləri bunu edə bilməyiblər.

Beləliklə, Sebastyan mövsümdə və Soçidə ilk, karyerasında isə 47-ci poulunu qazanıb. Rəykkönenin ikinci nəticə göstərməsi 2008-ci ilin Fransa Qran Prisindən sonra Ferrari-yə ilk dəfə birinci cərgəni zəbt etməyə imkan verib. Mercedes sürücüləri ikinci cərgədən start alacaqlar, maraqlıdır ki, iki həftə əvvəl olduğu kimi bu dəfə də Bottas Həmiltonu üstələyib. Rikkardo və Massa 3-cü cərgədən start alacaqlar.

Sabah bizi maraqlı start və yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
15Sebastyan FettelFerrari31:34.493641:34.03871:33.1947
27Kimi RəykkönenFerrari41:34.953521:33.66371:33.2536
377Valtteri BottasMercedes AMG11:34.041611:33.26441:33.2898
444Lyuis HəmiltonMercedes AMG21:34.409731:33.76041:33.7678
53Daniel RikkardoRed Bull81:35.560781:35.48371:34.9056
619Felipe MassaWilliams101:35.828651:35.04981:35.1106
733Maks FerastappenRed Bull51:35.301761:35.22151:35.1616
827Niko HülkenberqRenault71:35.507771:35.32881:35.2856
911Serxio PeresForce İndia121:36.185791:35.51351:35.3376
1031Esteban OkonForce İndia61:35.3728101:35.72961:35.4306
1155Karlos SaynsToro Rosso91:35.82710111:35.9488
1218Ləns StrollWilliams131:36.2799121:35.9649
1326Daniil KvyatToro Rosso111:35.98410131:35.9688
1430Kevin MaqnussenHaas151:36.40810141:36.0176
1514Fernando AlonsoMcLaren141:36.3538151:36.6606
1620Colion PalmerRenault161:36.4629
172Stoffel VandornMcLaren171:37.0709
1894Paskal VerlyaynSauber181:37.3329
199Markus ErikssonSauber191:37.5079
208Roman QrojanHaas201:37.6209

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 070
Teqlər , , , , ,
Paylaş

logo