12 Dekabr 2017, Çərşənbə axşamı - 03:04

Rusiya-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Rusiya-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:14 - 25 Aprel, 2017

Pirelli şirkəti Soçiyə assortimentində olan ən yumşaq üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək. Çempionatın iştirakçıları eyni tərkiblərlə mövsümün ilk yarışı Avstraliyada işləmişdilər.

F-1.az xatırladır ki, keçən il debüt etmiş UltraSoft tərkibi Soçiyə birinci dəfə gətiriləcək və Pirelli Motorsport-un başçısı Mario İzola bu seçimi optimal hesab edir…

Mario İzola: “Soçi yarışından əvvəl komandalar Bəhreyndə ikigünlük testlərdə çalışmışdılar, ona görə də testlərin nəticəsini işdə görmək maraqlı olacaq – Rusiya Qran Prisinin gedişində təkərlərin vəziyyətinə nəzarət vacib olacaq.

İlk görünüşdə hamar asfalt və yeni təkərlər bir pit-stoplu strategiyanı reallaşdırmağa imkan verəcək. Amma biz Soçiyə ilk dəfə UltraSoft tərkibini gətirmişik və bu qərarın yeni maşınlarda effektivliyinə qiymət vermək asan deyil. Ən yumşaq tərkiblərin sürətləri arasında fərq elə də böyük deyil – hər üç tərkibdən yarışın gedişində istifadə eləmək olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 813
Teqlər , , , , , , ,
Paylaş

logo