17 Dekabr 2017, Bazar - 04:22

Rusiya-2017: İkinci sərbəst yürüşlər

Rusiya-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

17:43 - 28 Aprel, 2017

Soçidə nahardan əvvəl ilk məşqlərdə komandalar çox da aktiv olmamışdılar. Lakin trasın vəziyyətinin daha yaxşı olduğu ikinci sessiyada intensiv işləyiblər. Bir çox komandalar isə proqramı sürücüləri arasında bölüşdürüblər ki, daha çox informasiya almaq mümkün olsun.

F-1.az xəbər verir ki, McLaren komandasında Stoffel Vandornun maşınında güc qurğusunu vaxtında dəyişə bilməyiblər və belçikalı sürücü sessiyanın ilk 12 dəqiqəsini boksda keçirməli olub. Qeyd edək ki, Stoffel artıq beşinci güc qurğusuna keçdiyi üçün startda yer itirəcək.

Kevin Maqnussen bir dövrə vurduqdan sonra boksa qayıtmalı olub. Mexaniklər maşın üzərində 15 dəqiqə işlədikdən sonra danimarkalı sürücü məşqlərə davam edib. Kimi Rəykkönen UltraSoft təkərlərə keçən ilk sürücü olub və dərhal sürətli dövrə vurub. Digər sürücülər də UltraSoft tərkibə keçiblər. Lakin burada keçən il olduğu kimi, bu il də təkərləri qızdırmaq çətindir.

Maks Ferstappen sessiyanın başa çatmasına 20 dəqiqə qalmış pit yolunun girişində dayanmalı olub – yanacağın təzyiqinin aşağı olmasına görə mühərrik sönüb və sessiya onun üçün vaxtından əvvəl başa çatıb.

Sebastyan Fettel trasın yeni rekordunu müəyyənləşdirib və protokollara başçılıq edib – 1:34.120. Halbuki, alman sürücü dünən ehtiyatlı danışırdı və Mercedes AMG-ni əsas favorit hesab edirdi, amma bu gün Bottas və Həmiltonu yarım saniyədən çox qabaqlayıb. Rəykkönen isə sessiya bitdikdən sonra qırmızı bayraqlara məhəl qoymadan trasa çıxıb.

Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:34.12036
27Kimi RəykkönenFerrari1:34.383+ 0:00.26336
377Valtteri BottasMercedes AMG1:34.790+ 0:00.67036
444Lyuis HəmiltonMercedes AMG1:34.829+ 0:00.70934
533Maks FerstappenRed Bull1:35.540+ 0:01.42015
63Daniel RikkardoRed Bull1:35.910+ 0:01.79026
719Felipe MassaWilliams1:36.261+ 0:02.14139
827Niko HülkenberqRenault1:36.329+ 0:02.20938
920Kevin MaqnussenHaas1:36.506+ 0:02.38631
1011Serxio PeresForce İndia1:36.600+ 0:02.48038
1131Esteban OkonForce İndia1:36.654+ 0:02.53439
1214Fernando AlonsoMcLaren1:36.765+ 0:02.64527
1330Colion PalmerRenault1:36.771+ 0:02.65122
148Roman QrojanHaas1:37.039+ 0:02.91931
1555Karlos SaynsToro Rosso1:37.083+ 0:02.96336
162Stoffel VandornMcLaren1:37.125+ 0:03.00525
1726Daniil KvyatToro Rosso1:37.300+ 0:03.18035
1894Paskal VerlyaynSauber1:37.441+ 0:03.32130
1918Ləns StrollWilliams1:37.747+ 0:03.62736
209Markus ErikssonSauber1:37.819+ 0:03.69929

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 160
Teqlər , , , ,
Paylaş

logo