23 Oktyabr 2017, Bazar ertəsi - 15:21

Rusiya-2017: Birinci sərbəst yürüşlər

Rusiya-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

13:44 - 28 Aprel, 2017

Bu il Soçi Avtodromunda heç bir ciddi yarış keçirilməyib. Buna görə də, həmişəki kimi, ilk məşq sessiyasında tras tozlu olub. Komandalar da məşq proqramlarında bu amili nəzərə alıblar.

F-1.az bildirir ki, sürücülər ilk sessiyaya həftəsonunun ən sərt tərkibi Soft təkərlərlə başlayıblar. Asfaltla ilişmə az olub, lakin dəqiqələr keçdikcə, asfatldakı təkər qırıntıları artıb. Sürücülər ikinci və 14-cü dövrədə dəfələrlə yoldan çıxıblar və bu da həmin dövrələrdəki nəticələrin nəzərə alınması ilə nəticələnib.

Yerli sürücü Sergey Sirotkin Niko Hülkenberqin əvəzinə Renault R.S.17-nin sükanı arxasına keçib. Digər komandalar isə əsas sürücüləri ilə işləyiblər. Lakin rus pilot üçün sessiya uğursuz olub – iki dövrə vurduqdan sonra mühərrikdəki problemə görə dayanmalı olan Sergeyə mühəndislər təlimatlar versələr də, vəziyyət dəyişməyib və o, kokpiti tərk etməli olub. Maşın boksa gətirilib və Sirotkin üçün sessiya başa çatıb.

Haas komandası yeni təchizatçının – Carbon İndustries-in hazırladığı əyləcləri burada da sınaqdan keçirib, lakin Roman Qrojan bu əyləclərdən də şikayələnib. Startdan 65 dəqiqə sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Esteban Okonun maşınının motor qapağı qopub. Fransız sürücü maşını boksa gətirərək mexaniklərə təslim edib, bir qədər sonra isə yenidən trasa qayıdıb.

Fettel 17-ci döngədə yerində fırlanıb, lakin maşın zədələnməyib. Sessiyanın sonuna yaxın isə Vandorn güc qurğusundakı problemə görə boksa qayıtmalı olub. Sürücülər sessiyanın ikinci hissəsində daha çox SuperSoft təkərlərlə işləyiblər. Kimi Rəykkönen protokolara başçılıq edib – 1:36.074. Ən böyük məsafəni isə Ləns Stroll qət edib – 30 dövrə.

Məşqlər nahardan sonra davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
17Kimi RəykkönenFerrari1:36.07419
277Valtteri BottasMercedes AMG1:36.119+ 0:00.04524
344Lyuis HəmiltonMercedes AMG1:36.681+ 0:00.60723
433Maks FerstappenRed Bull1:37.174+ 0:01.10019
55Sebastyan FettelFerrari1:37.230+ 0:01.15619
63Daniel RikkardoRed Bull1:37.290+ 0:01.21619
711Serxio PeresForce İndia1:37.457+ 0:01.38329
819Felipe MassaWilliams1:37.900+ 0:01.82629
918Ləns StrollWilliams1:37.944+ 0:01.87030
1031Esteban OkonForce İndia1:38.065+ 0:01.99128
1126Daniil KvyatToro Rosso1:38.496+ 0:02.42217
1220Kevin MaqnussenHaas1:38.747+ 0:02.67323
1314Fernando AlonsoMcLaren1:38.813+ 0:02.73916
1455Karlos SaynsToro Rosso1:38.976+ 0:02.90217
1530Colion PalmerRenault1:39.158+ 0:03.08416
168Roman QrojanHaas1:39.533+ 0:03.45917
172Stoffel VandornMcLaren1:39.541+ 0:03.46719
1894Paskal VerlyaynSauber1:39.731+ 0:03.65721
199Markus ErikssonSauber1:40.079+ 0:04.00520
2046Sergey SirotkinRenault2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 248
Teqlər , , , , , ,
Paylaş

logo