R.Qrojanın Renault-da gələcəyi sual altındadır

Bu yaxınlarda Renault komandası Robert Kubitsa ilə müqavilə imzalamasını rəsmən təsdiq edib, polşalı sürücü gələn il komandada Ferrari-yə keçəcək Fernando […]

Bu yaxınlarda Renault komandası Robert Kubitsa ilə müqavilə imzalamasını rəsmən təsdiq edib, polşalı sürücü gələn il komandada Ferrari-yə keçəcək Fernando Alonsonu əvəz edəcək. Amma komandanın ikinci sürücüsünün adı hələ məlum deyil.

Komandadan azad edilmiş Nelsinyo Pikeni əvəz etmiş Roman Qrojan artıq komandada 5 yarış keçirib və bir xal olsun belə qazana bilməyib, onun komandada gələcəyi sual altındadır.

Bu uik-end Qrojan Renault-nun Buxarestdə küçə şousunda iştirak edir. Rumıniyanın Automarket qəzetinə müsahibəsində Roman bildirib ki, “komanda ilə danışıqlar aparıram, məncə, komanda rəhbərliyi mövsümün sonunu gözləyir və sonra qərar qəbul edəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*