R.Qrojan: “Növbəti addım qələbədir!”

Bəhreyn Qran Prisinin finişində karyerasının ilk podiumunu qazanan Roman Qrojan bildirib ki, ilk podiumuna çox şaddır, amma dayanmaq fikrində deyil… […]

Bəhreyn Qran Prisinin finişində karyerasının ilk podiumunu qazanan Roman Qrojan bildirib ki, ilk podiumuna çox şaddır, amma dayanmaq fikrində deyil…

Roman Qrojan: “Əla hisslərdir – məncə, mən hələ uzun müddət bu hissləri yaşayacam. Çox fəxr edirəm ki, biz komanda ilə əla yarış keçirdik. Mən bilirdim ki, bizim maşın çox sürətlidir, amma inanmırdım ki, hər şey bu qədər uğurlu alınacaq. Bizim Kimi ilə fərqli taktikalarımız var idi və demək olar ki, hər ikisi yaxşı işlədi.

Hələlik çempionatda rəqabət çox kəskindir, ona görə də kiçik bir detal ciddi üstünlük verə bilər. Ona görə də biz işimizə davam edirdik və hətta buraya da bir-iki yenilik gətirmişdik.

Biz bugünkü yarışda razı qala bilərik, mən isə çox şadam ki, Formula1-də ilk dəfə podiuma qalxa bildim. Keçən yarışda ilk xallarımı qazanmışdı, indi isə daha bir addım irəlilədim. Növbəti addım isə qələbədir, amma buna vaxt lazımdır.

Gələn həftə dincəlmək istəyirəm, amma sonra bazada, test trasında işlərimiz var, çalışacam ki, Sebastyanla bizi ayıran 0.6-0.7 saniyəlik fərqi aradan qaldırım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*