A.Rossi Caterham-in test sürücüdür

Toni Fernandes və onun komandası bir neçə ildir ki, Aleksander Rossinin karyerasını dəstəkləyirlər, indi isə yeni müqavilə imzalanıb və 20 […]

Toni Fernandes və onun komandası bir neçə ildir ki, Aleksander Rossinin karyerasını dəstəkləyirlər, indi isə yeni müqavilə imzalanıb və 20 yaşlı amerikalı sürücü cümə sərbəst yürüşlərində trasa çıxmaq imkanı əldə edib.

Rossi Formula1-də olmaqla yanaşı Renault Dünya Seriyasında Arden komandasında çıxışlarını davam etdirəcək. Çox güman ki, Fernandes qarşıdakı ABŞ Qran Prisi zamanı əsas sürücülərindən birini Rossi ilə əvəz edə bilər. Komandanın ehtiyat sürücüsü var – Qyede van der Qarde, ona görə də sürücülərin cümə sərbəst yürüşlərində iş qrafiki gərgin olacaq.

Aleksander Ross: “Mənim məqsədim Formula1-ə düşməkdir, Caterham-lə test sürücü müqaviləsi bağlamaqla mən bu istiqamətdə vacib addım atmışam. Mən Toni Fernandesə, Kamarudin Mreanuma və Riad Asmata etibar və dəstəyə görə təşəkkür etmək istəyirəm.

Keçən il mən komandanın bazasında olmuşdum, komandanın əməkdaşlarını tanıyıram. Keçən il Abu Dabidə gənc sürücülərin testlərində də komanda ilə işləmişəm. Mənə bu kollektivdə rahatdır. Mən cümə sərbəst yürüşlərində təcrübə toplamağa çalışacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*