20 Noyabr 2017, Bazar ertəsi - 06:10

Rosberq və Həmilton Ferrari-dən qorxur

Rosberq və Həmilton Ferrari-dən qorxur

Müəllif: Rauf Hacıyev, redaktor

20:53 - 20 Fevral, 2016

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, onlar Ferrari-dən çəkindikləri üçün W07-nin üzərində Həmiltonla bir yerdə işləyirlər..

F-1.az xatırladır ki, Mercedes AMG komandası dünən İngiltərənin Silverstoun trasında yeni maşınını “çəkiliş günü” adı altında test edib. Testdən həm Rosberq, həm də Pəddi Lou razı qalıb.

Almaniyalı sürücü bildirib ki, o, yeni mövsümdə Həmiltonu məğlub edə bilər: “Hər yeni mövsüm yeni mübarizə və yeni fürsətlər deməkdir.

Hazırda əlimə yaxşı fürsət düşüb və buna görə də həyəcanlıyam. Lyuislə mübarizə aparmaq üçün çox səbrsizlənirəm.

Bu mübarizədən həzz alıram. Mübarizə aparmaq üçün buradayam. İşlərin necə gedəcəyini görəcəyik.

Bolidimizin çox güclü olması bizim xeyrimizədir. Ona görə də hər hansı bir təhdidin olub-olmadığından əmin olmaq üçün Lyuislə bir yerdə işləyirik.

Biz Ferrari-ni ciddi rəqib qəbul edirik. Onlar bizə böyük ehtimalla baş ağrısı olacaqlar. Ona görə də çox işləməliyik. Heç kəs ilk yarışda nələrin olacağını deyə bilməz.

Mən düşünürəm ki, Mercedes komandası uzun illər burada mübarizə aparacaq. Bu komandada özümü yaxşı hiss edirəm və bu komandanın bir parçası olmaq istəyirəm.

Biz bir yerdə çoxlu uğur əldə etdik və gələcəkdə daha artığını edə bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 357
Teqlər , , , ,
Paylaş

logo