Rolex şirkəti Formula1-in rəsmi saniyəölçənidir

İsveçrənin məşhur Rolex saat şirkəti Formula1 ilə uzunmüddətli müqavilə imzalayıb və 2013-cü ildən çempionatın rəsmi saniyəölçəni olacaq, şirkətin məhsulları isə […]

İsveçrənin məşhur Rolex saat şirkəti Formula1 ilə uzunmüddətli müqavilə imzalayıb və 2013-cü ildən çempionatın rəsmi saniyəölçəni olacaq, şirkətin məhsulları isə Formula1-in rəsmi saatları statusunu alacaqlar. Rolex loqotipləri traslarda peyda olacaq – onun reklam lövhələri bəzi döngələri bəzəyəcək…

Berni Ekklstoun: “Şübhəsiz, Rolex Formula1 kimi irimiqyaslı yarışların üstün tərəfdaşı sayılır. Rolex brendinin nüfuzu, saatların mükəmməlliyi, eləcə də avtoidmana çoxdankı ehtiras və bağlılığı şirkətə tam etibar etməyə təminat verir.

Çoxdan gözlənilən bu əməkdaşlıq Formula1-də çox böyük maraq doğurur. Rolex-in böyük idman irsi vardır, ona görə də onun Formula1-də iştirakı özünü doğruldacaq.”

Rolex şirkətinin doğrudan da yüksək sürətlər aləmi ilə çoxdan əlaqələri var. Keçən əsrin 30-cu illərindən başlayaraq şirkət aparıcı sürücülərə sponsorluq edib, o cümlədən, yerdə və göydə sürət rekordlarının müəllifi ser Malkolm Kəmpbellə.

60-cı illərin sonunda İsveçrə brendinin səfiri Formula1-in üçqat dünya çempionu Ceki Stüart olmuşdu. Rolex uzun müddətdir ki, “Lə Manın 24 saatı” marafonunun rəsmi tərəfdaşıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*