R.Kubitsanın yarışlara qayıda bilməsi yayın ortalarında bəlli olacaq

Robert Kubitsanın bu yaxınlarda müalicə olunduğu hospitalı tərk edəcəyi xəbəri bütün Formula1 azarkeşlərini sevindirib. Amma polşalı sürücünü müalicə edən həkim […]

Robert Kubitsanın bu yaxınlarda müalicə olunduğu hospitalı tərk edəcəyi xəbəri bütün Formula1 azarkeşlərini sevindirib. Amma polşalı sürücünü müalicə edən həkim Rikkardo Çekkarelli bildirib ki, hələlik bərpa prosesinin yalnız birinci hissəsi qurtarıb və 26 yaşlı polşalı sürücünün karyerasının davam olunması hələ də sual altındadır…

Rikkardo Çekkarelli: “Biz bunu qəzadan altı ay keçdikdən sonra deyə bilərik. Gözləmək lazımdır ki, təbiət öz işini görsün. Hərçənd, Roberti tanıyaraq deyə bilərəm ki, o tezliklə sağalacaq.”

İtaliyalı mütəxəssis bərpa prosesinin sonrakı hissəsindən də danışıb: “Trenajor zalında məşqlərə başlayacaq, bununla Robert özünü yenidən Formula1 sürücüsü kimi hiss edəcək. Biz araxada qalan müddət ərzində onunla işləyən hər bri kəslə əlaqə saxlayacayıq – xüsusən də onun sağ qolunu əməliyyat edən həkim İqor Rossello ilə.

Biz dörd nəfərdən ibarət bir qrup təşkil etmişik qrup daim gün ərzində 6-8 saat Robertə kömək etməyə hazır olacaq. Xüsusi trenajor sifariş vermişik, sağ ayağı hələlik tam gücə düşməməlidir. Hazırda Robert özündə üç xəstəni cəm edir – birinin ayağı xəstədir, digərnin qolu və dirsəyi, üçüncüsünün isə çiyni. ”

Çekkarelli həm də qeyd edib ki, hazırda sürücünün nə qədər tezliklə bərpa olanacağını söyləmək çox çətindir: “Ən çox vaxt əsəb sisteminin bərpası aparacaq, ilk iki ay ərzində bu prosesin necə getməsini başa düşmək çətindir. Zədələnmiş sahələrdə hissiyat yaxşıdır, amma hər yerdə yox. Qolu yavaş-yavaş keçmiş funksionallığını bərpa edir.

Ayaqla problem azdır. Düzdür, Robert hələlik yeriyəndə gücü sol ayağına salır, amma yavaş-yavaş sağ ayağını da yükləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*