R.Kubitsanın həkimi: “Zədənin bərpası uzun çəkəcək”

Robert Kubitsanın qəzasından sonra sürücünün yerləşdirildiyi Santa Corona hospitalına məşhur həkim, qol zədələri üzrə tanınmış mütəxəssis İqor Rossello dəvət olunub. […]

Robert Kubitsanın qəzasından sonra sürücünün yerləşdirildiyi Santa Corona hospitalına məşhur həkim, qol zədələri üzrə tanınmış mütəxəssis İqor Rossello dəvət olunub. Onun rəhbərliyi altında çətin yeddisaatlıq cərrahiyə əməliyyatı aparılıb, axşam həkim vəziyyəti jurnalistlərə şərh edib…

İqor Rossello: “Biz çiyinətrafı anatomiyanın genişmiqyaslı rekonstruksiyasını apardıq. İndi ən azı bir həftə gözləmək lazımdır ki, baxaq görək necə olacaq. Bərpa müddəti? Bir şey dəqiqdir: bu müddət uzun olacaq, amma indidən bu barədə konkret fikir söyləmək çətindir, məncə, ən azı bir il keçməlidir ki, Robert yenə də sükan dalına otura bilsin – sağ əldən tam istifadə etsin.

Düzdür, sürücülər xüsusi pasiyentdirlər, mən çox sürücünü əməliyyat eləmişəm, bəzən onların zədələri adi insanlara nisbətən 2-3 dəfə tez sağalır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*