R.Kubitsa zədəsinin ciddiliyini bilir

Bir az əvvəl həkimlər Robert Kubitsanı süni koma vəziyyətindən çıxarıblar, o özünə gəlib və danışa bilib – bu barədə jurnalitslərə […]

Bir az əvvəl həkimlər Robert Kubitsanı süni koma vəziyyətindən çıxarıblar, o özünə gəlib və danışa bilib – bu barədə jurnalitslərə sürücünün meneceri Daniel Morelli xəbər verib…

Daniel Morelli: “Mən onunla danışa bildim və Robert mənə dedi ki, vəziyyətin ciddiliyini başa düşür. Biz çox şadıq ki, beynin fəaliyyətinə zərər dəyməyib, bu bərpaya yaxşı ümidlər verir, amma hələlik o qolunda və ayağında güclü ağrılar hiss edir – aydındır ki, bir az vaxt keçməlidir.”

Səhər jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında məşhur cərrah İqor Rassello Kubitsanın vəziyyətini nikbinliklə şərh edib…

İqor Rossello: “Gecəni sakit keçirib, vəziyyətini stabil hesb etmək olar, zədələnmiş qolu təsirlərə reaksiya verir, şiş yoxdur, damar aktivliyi biz gözləyən kimidir.

Dünən biz orqanın anatomiyasını bərpa etdik, qolun kəsilmiş iki əsas sinirini bərpa edə bildik və bu gün Robert barmaqlarını tərpədə bildi – bu yaxşı əlamətdir.

İnkişaf var, amma dünən dediyim kimi, hələlik uğurlu əməliyyatın nəticələri barədə nəsə demək tezdir – ən azı bir həftə keçməlidir ki, biz qan dövranının bərpası barədə nəticə çıxara bilək. Qolun funksional qabiliyyətinin qiymətləndirilməsi üçün isə daha çox vaxt lazımdır. Bir şeyi deyə bilərəm ki, əməliyyat çox çətin oldu, amma onun ilkin nəticələri bizi qane edir.”

Qarşıda sürücünü daha bir neçə əməliyyat gözləyir – dirsəyində, çiynində və ayağında. Yaxın günlərdə Robert intensiv terapiya palatasında saxlanılacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*