R.Kubitsa və Renault – müqavilə təsdiq olundu

Renault komandası Robert Kubitsa ilə müqavilə bağlamasını təsdiq edib. Gələn mövsüm polşalı sürücü Fernando Alonsonu əvəz edəcək, onun komanda yoldaşının […]

Renault komandası Robert Kubitsa ilə müqavilə bağlamasını təsdiq edib. Gələn mövsüm polşalı sürücü Fernando Alonsonu əvəz edəcək, onun komanda yoldaşının adı hələ məlum deyil…

Bob Bell: “Biz gələn mövsüm üçün Robert Kubitsa ilə müqavilə bağlanmasını elan etməyə şadıq. Biz onun karyerasını 2006-cı ildə debüt yarışından izləyirik və onu öz nəslinin ən yaxşı sürücülərindən hesab edirik, Robert ümidləri doğruldub və gələn il bizim maşınlardan birinin sükanı arxasına oturacaq. Renault-nun ciddi ambisiyaları var və biz hesab edirik ki, Kubitsa onların reallaşmasında ciddi rol oynayacaq.”

Robert Kubitsa: “Mən gələn il Renault-ya qoşulmağa şadam. Mən bu komanda ilə xüsusi tellərlə bağlıyam, beləki 2005-ci ildə mən Renaul Dünya Seriyasının qalibi kimi komandanın Barselona testlərinə dəvət olunmuşdum və tezliklə Formula1-də debüt etmişdim.

Mən Renault-nun qələbə ehtirasını bölüşürəm, mən komandanın mehriban və açıq olması ləzzət edir. Mən uğur qazanmağa çalışacam və gələcəyə nikbinliklə baxıram, ümid edirəm ki, gələn mövsüm biz titul uğrunda mübarizə aparacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*