R.Kubitsa sükan arxasına qayıdıb

Robert Kubitsa sükan arxasına qayıdıb, amma hələlik yarış maşınının deyil, adı minik maşınının: artıq bir neçə gündür ki, polşalı sürücü […]

Robert Kubitsa sükan arxasına qayıdıb, amma hələlik yarış maşınının deyil, adı minik maşınının: artıq bir neçə gündür ki, polşalı sürücü müstəqil şəkildə avtomat transmissiyalı Renault Megane maşını ilə küçələrə çıxır – bu barədə İtaliyanın omnicorse.it saytı məlumat verib.

Robert problemsiz minik maşınının öhdəsindən gəlir, onun sağ əli sükanı inamla tutur, hərçənd, bərpa prosesi hələ davam edir. Amma son zamanlar hər şey normal gedir, hətta ayağının yenidən sınmasına baxmayaraq, sürücü özünü yaxşı hiss edir.

Hazırda Robert gün ərzində beş saat müxtəlif fisioterapevt prosedurlara vaxt sərf edir, sağ əlin hərəkət funksiyaları tam bərpa olunub, ona görə də hər həftə məşqlər gücləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*