R.Kubitsa pis görüntüdən narahatdır

Malayziya yarışının startı Avstraliya yarışı kimi bu il axşama doğru irəli çəkilib ki, Avropa teleauditoriyası üçün daha əlverişli vaxta düşsün. […]

Malayziya yarışının startı Avstraliya yarışı kimi bu il axşama doğru irəli çəkilib ki, Avropa teleauditoriyası üçün daha əlverişli vaxta düşsün. Berni Ekklstoun uzaq Asiya traslarında yarışların axşam-gecə vaxtlarında keçirilməsi üzrə danışıqlar aparsa da, süni işıqlandırma avadanlıqlarının çox baha olması üzündən belə bir kompromis variant qəbul olunub.

Yarışların axşama yaxın vaxta keçirilməsi tənqid atəşinə tutulub – Melburnda sürücülər batmaqda olan günəşdən uzun kölgələrin düşməsindən və bəzi döngələrdə görüntünün zəif olmasından gileyləniblər, Malayziyada hava proqnozunu nəzərə alsaq vəziyyət bir qədər də pisdir. Bu gün günorta göyün üzünü qara buludlar tutmuşdu, axşama yaxın isə hər təfə qanalığa bürünmüşdü…

Robert Kubitsa: “Avstraliyada yarışın sonunda görüntü problemləri çox ciddi idi, xüsusən də son sektorda. Bu çox təhlükəlidir. Malayziyada proqnoz yağışlı hava vəd edir və yağışın yağma ehtimalı böyükdür, baxaq görək uik-endin gedişində vəziyyət necə olacaq – əgər buludlu olsa, onda finişə yaxın hava qaralacaq, əgər gün çıxsa, biz Avstraliyada yaşadığımız problemlərlə üzləşəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*