R.Kubitsa: “Pis başlamışdım, yaxşı qurtardım”

Renault komandasının sürücüləri İspaniya Qran Prisini yaxşı başlamayıblar – Robert Kubitsa digər maşınla azca toqquşub, Vitaliy Petrov isə bir neçə […]

Renault komandasının sürücüləri İspaniya Qran Prisini yaxşı başlamayıblar – Robert Kubitsa digər maşınla azca toqquşub, Vitaliy Petrov isə bir neçə yavaş maşını irəli buraxıb. Amma sonra vəziyyət dəyişib. Finişdə Robert səkkizinci olub…

Robert Kubitsa: “Birinci dövrə uğursuz alındı – bundan sonra yarış çətin keçdi. Mən pis start almadım, birinci döngədə Felipe ilə mübarizə apardım, amma təəssüf ki, döngənin çıxışında maşın kənara getdi və mən Kaumi ilə üçüncü döngədə toqquşdum, ön antiqanad zədələndi, bir neçə mövqe itirdim və sürətim aşağı düşdü.

Hələ üstəlik maşında çatışmaz dönüşlük əmələ gəldi, amma peletonda mübarizə elə sıx idi ki, biz pit-stop zamanı qanadı dəyişə bilmədik – vaxt itkisi mövqe itisinə səbəb olacaqdı. Pit-stopdan sonra mən Adrianın arxasına düşdüm, maşın pis deyildi, amma bu trasda ötmək çox çətindir. İstənilən halda bu trasda biz sürətimizi göstərdik və bu xoş sürpriz oldu. İndi isə Monakoya hazırlaşmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*