R.Kubitsa: “Mən qərar qəbul etməyə tələsmirəm”

BMW Formula1-dən getməsini elan etdikdən sonra Robert Kubitsa azad agent statusunu alıb. Polşalı sürücünün artıq BMW Sauber-lə öhdəlik bağlantısı yoxdur, […]

BMW Formula1-dən getməsini elan etdikdən sonra Robert Kubitsa azad agent statusunu alıb. Polşalı sürücünün artıq BMW Sauber-lə öhdəlik bağlantısı yoxdur, hərçənd onun gələn mövsümə müqaviləsi var idi, şayiələr gəzir ki, gələn mövsümdə Robert Renault-da yarışacaq. Autosport saytına müsahibəsində o bildirib ki, Renault-nun bugünkü vəziyyəti onu narahat etmir…

Robert Kubitsa: “Hətta təqdimatdan sonra maşın rəqabətədavamlı alınmasa belə, qış testlərdində onu ciddi təkmilləşdirmək olar. Maşının sürətinə heç nə zəmanət verə bilməz, amma gərgin iş və məqsədə yönəlməyə zəmanət ola bilər.

İndidən gələn il hansı komandanın yarışlarda qələbə qazanamsı barədə fikirlər söyləmək çox çətindir, hərçənd bəzi əlamətlər var – aerodinamikaya reqlament dəyişməyəcək, ona görə də bu il güclü olan gələn il də güclü olacaq.

Ümid edirəm ki, gələn il mənim rəaqbətədavamlı maşınım olacaq. Sürücülərin bir çoxu gələn ilə müqavilə bağlayıblar, ona görə də seçim böyük deyil, amma bir neçə perspektivli variantlar var. Biz BMW-nin qərarını təzə almışıq, ona görə də hələlik biz danışıqların ilkin mərhələsindəyik. Mən qərar qəbul etməyə tələsmirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*