R.Kubitsa Liutsinin namizədliyinə təkid edir?

Zədələnmiş Robert Kubitsanın əvəzinə R31-in sükanı arxasında oturmağa real namizəd bir çoxları Nik Haydfeldi hesab edirlər – almaniyalı sürücü müqavilədən […]

Zədələnmiş Robert Kubitsanın əvəzinə R31-in sükanı arxasında oturmağa real namizəd bir çoxları Nik Haydfeldi hesab edirlər – almaniyalı sürücü müqavilədən azaddır və testlərdə yaxşı təəssürat doğurmuşdu. Bu barədə rəsmi bəyanat dünən gözlənilsə də, komanda qərar qəbul etməyə tələsmir.

Crash.net saytl Lotus Renault GP komandasına yaxın olan mənbəyə istinadən bildirib ki, ləngimənin səbəbi Kubtsanın mövqeyidir – guya polşalı sürücü komandanın rəhbərliyinə bildirib ki, ən yaxşı variant Haydfeldin deyil, Vitantonio Liutsinin dəvət olunmasıdır.

Bu şayiələri isə qarşıdakı Barselona testləri ya təkzib edəcək, ya da təsdiq – əgər Liutsi testlərə dəvət olunsa, deməli, belə bir imkan doğrudan da nəzərdən keçirilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*