22 Noyabr 2017, Çərşənbə - 20:46

R.Kubitsa Formula1-ə qayıtmağa hazır deyil…

R.Kubitsa Formula1-ə qayıtmağa hazır deyil…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:55 - 23 Yanvar, 2013

Mercedes AMG komandasının yeni icraçı direktoru Toto Volff Robert Kubitsanın yaxın gələcəkdə Formula1 maşınının sükanı arxasına qayıtmasına şübhə edir. Volffun […]

Mercedes AMG komandasının yeni icraçı direktoru Toto Volff Robert Kubitsanın yaxın gələcəkdə Formula1 maşınının sükanı arxasına qayıtmasına şübhə edir. Volffun sözlərinə görə, polşalı sürücü hələ yüksək asfalta yatma qüvvəsinə köklənən maşınlarla çətinliklər yaşayır.

Kubitsanın ralli trasında keçirdiyi qəzanın üstündən iki il ötüb və sürücü ralli maşınının öhdəsindən asanlıqla gəlir, hətta yarışlara da qatılır və Avropa çempionatında tam mövsüm keçirməyi planlaşdırır, amma bu həftə DTM-in Valensiyadakı testlərinə qatılacaq.

Telefonla mətbuat konfransı zamanı Volffa sual verilib ki, pərəstişkarı olduğu sürücünü Formula1-ə qaytarmağa çalışacaqmı, amma Volff cavab verib ki, polşalı sürücünün tam bərpası hələ zaman tələb edir…

Toto Volff: “Əgər biz onun yüksək nəticələr göstərdiyini görsək, onda hər şey mümkündür. Amma mən düşünürəm ki, dirsək və çiyin hələ də Formula1 maşınının idarəolunmasına müəyyən məhdudiyyətlər qoyur. Bizim hamımız istəyirik ki, bir vaxt Kubitsa qayıtsın, amma hələlik bu barədə düşünmək tezdir.”

Volff qeyd edib ki, Robertin qarşıdakı testlərdə məqsədi sürücünün imkanlarının yoxlanmasıdır…

Toto Volff: “Əlbəttə, bizim hamımızın ondan xoşu gəlir. Robert çox istedadlı sürücüdür. Biz Mercedes-Benz-də ona tam test keçirmək imkanı vermişik, onun yarış tempinə baxmaq istəyirik. Onun bərpası hələ tam başa çatmayıb. Robert qəzadan sonra birinci dəfə yüksək asfalta yatma qüvvəsi olan maşının testlərində iştirak edəcək və mən düşünürəm ki, biz ona bu şansı verməliyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər , , ,
Paylaş

logo