R.Kubitsa ciddi qəzaya uğrayıb (video)

Robert Kubitsa həmişə rallini öz hobisi adlandırırdı – onun azarkeşləri bu idmanın nə qədər qorxulu olmasının bu gün səhər şahidi […]

Robert Kubitsa həmişə rallini öz hobisi adlandırırdı – onun azarkeşləri bu idmanın nə qədər qorxulu olmasının bu gün səhər şahidi olublar. Ronde di Andora rallisinin elə birinci sürətli sahəsindəcə Robert ciddi qəzaya uğrayıb.

Polşalı sürücünün idarə etdiyi Skoda Fabia S2000 böyük sürətlə yolun kənarındakı qoruyucu dirəyə çırpılıb.

Hadisə yerindən verilən ilk xəbərə görə, Robert ciddi zədələr alıb – söhbət bir neçə sınıqdan gedir. Onu təcili olaraq İtaliyanın Savona əyalətindəki hospitala çatdırıblar, başqa məlumat yoxdur. Ekipajın şturmanı Yaqub Gerber zədələnməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*