R.Kubitsa: “Bu təcrübə məni daha güclü edəcək”

Robert Kubitsa iki aydan çox müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır – ağır qəzadan sonra polşalı sürücü Lotus Renault GP […]

Robert Kubitsa iki aydan çox müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır – ağır qəzadan sonra polşalı sürücü Lotus Renault GP komandasının mətbuat xidmətinə ətraflı müsahibə verib…

Robert Kubitsa: Hamıya salam, bu mənəm. Uzun müddət susduğum üçün hamədan üzür istəyirəm, amma mən həqiqətən yaxşı xəbər olan ana qədər gözləmək istəyirdim.

Hər şeydən əvvəl, mən azarkeşlərimə ürəkdən minnətdarlıq etmək istəyirəm, qəzadan sonra onların dəstəkləri inanılmaz idi. Mən hər gün kisələrlə məktub alıram, hədiyyələrin isə sayını itirmişəm – axın hələ də davam edir. Formula1 dünyasından da hər bir kəsə təşəkkür edirəm – onlar müxtəlif yollarla mənə dəstək olduqlarını bildirirdilər.

Sual: Robert, sizin qəzaya uğramanızdan on həftə keçib. Özünüzü necə hiss edirsiniz?

Robert Kubitsa: İndi çox yaxşıyam. Mən bərpa olunuram, hər şey yaxşı gedir: hər gün hiss edirəm ki, gücüm artır və çəkim ağırlaşır. Tezliklə hospitalı tərk edəcəm.

Sual: Bu nə zaman baş verəcək?

Robert Kubitsa: Dəqiq tarix hələ məlum deyil, amam ümid edirəm ki, yaxın on gün ərzində evimə gedəcəm.

Sual: Qəzadan sonra qolunuzun hərəkətliliyi nə dərəcədə bərpa olunub?

Robert Kubitsa: Hələlik məhdudiyyət var, amma bu normaldır. Yenidən tikilmiş əzələlər uzun müddət işləmədiyi üçün çox zəifləyiblər, amma vəziyyət günbəgün yaxşılaşır.

Sual: Bərpa proqramınız barədə danışın…

Robert Kubitsa: Hospitaldan mən evimə köçəcəm, Monte Karloya, orda bir az dincələcəm. Sonra həkim Çekarellinin qəbulunda olmalıyam, burda bərpa prosesinin sonuncu hissəsini keçməliyəm və ilk yüngül məşqlərə başlayacam. Vəziyyət yaxşılaşdıqca, bir proqram tədricən başqa proqrama keçəcək…

Sual: Azarkeşlər inanılmaz dəstək göstərdilər – dəstək sizə kömək etdi?

Robert Kubitsa: Etiraf etməliyəm ki, dəstək doğrudan da inanılmaz idi. Mən təsəvvür edə bilməzdim ki, bu qədər azarkeşim var. Çox mütəəssir oldum – vəd edirəm ki, sağalan kimi azarkeşlərimə yaxşı cavab verəcəm.

Sual: Siz komanda ilə mütəmadi əlaqə saxlayırdınız?

Robert Kubitsa: Əlbəttə, xüsusən də mövsümün startından sonra. Mən öz mühəndislərimlə əlaqə qurmuşdum, uik-end zamanı baş verənləri izləyirdim. Onlar mənə yarış hesabatlarını göndərirdilər, ona görə də mən trasda baş verən hər şeydən xəbərdaram. Erik Bulye ilə də əlaqə saxlayıram – o, daim mənim sağlamlığımla maraqlanır.

Sual: Siz bütün yarışlara baxmısınız? Lotus Renault GP-nin forması barədə nə deyə bilərsiniz?

Robert Kubitsa: Bəli, bütün yarışlara baxmışam. Tərəddüd etmirəm ki, komanda mövsümə güclü başlayıb. Hələ Valensiya testlərində mən maşının böyük potensialı olmasını söyləmişdim – bu doğrudan da belə alındı. Həmişəki kimi, indi vacibdir ki, Ənstoundakı mühəndislər maşının təkmilləşdirilməsini fasiləsiz davam etdirsinlər. Mühəndislər əla maşın qurublar – əminəm ki, onlar maşını yaxşılaşdıra da biləcəklər.

Sual: Söhbətin sonunda Formula1 dünyasına nə demək istərdiniz?

Robert Kubitsa: Formula1-dən ləzzət alamağa davam edin. Mən orda olmasam belə. Öz tərəfimdən, təcrübəmdən istifadə etməklə, tez qayıtmağa çalışacam və qayıdandan sonra çox güclü olacam…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*