Rikkardo gələn il başqa komandaya keçir?

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, onunla maraqlanan çox komanda var.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi bitir və 28 yaşlı sürücü yeni müqavilə üçün tələsmir.

Daniel Rikkardo: “İndiyə qədər heç kim mənə qəti təklif göndərmədi. Hər hansı komanda müqavilə təklif etmədi. Red Bull da qalıb Ferstappenlə yarışmağımı istəyir. Mənimlə çox komanda maraqlansa da, təklif gəlməyib. Tələsməyəcəm və düşünməyə davam edəcəm. Hər şeyi diqqətlə düşünməliyəm. Bu il bolidimiz güclü olsa, hər şey fərqli ola bilər. İlin sonunu gözləməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*