R.Friyns Sauber-in iş proqramından razı deyil

Sauber komandası həmişə gənc sürücülərlə işləmək bacarığı ilə digərlərindən fərqlənib, amma komandanın yeni test sürücüsü Robin Friyns Hollandiyanın Formule 1 […]

Sauber komandası həmişə gənc sürücülərlə işləmək bacarığı ilə digərlərindən fərqlənib, amma komandanın yeni test sürücüsü Robin Friyns Hollandiyanın Formule 1 jurnalına bildirib ki, mövsüm üçün öz proqramından narazıdır…

Robin Friyns: “Mənə elə gəlir ki, bu il mənim heç işim olmayacaq. Sabah, yanvarın 30-da mən komandanın bazasına getməliyəm və ümid edirəm ki, vəziyyət bir az aydınlaşacaq. Məsələ onda deyil ki, mən mövsümöncəsi testlərdə işləyə bilməyəcəm – mənim cümə sərbəst yürüşlərində iştirak etməyimin ehtimalı da çox azdır. Bundan başqa, Sauber-in simulyatoru da yoxdur, deməli, mən təcrübə toplaya bilməyəcəm.

DTM testlərindən sonra mən Mercedes-dən məlumat almadım, bu isə yaxşı heç nə vəd eləmir. Hərçənd, mənim bir neçə variantım qalır, qorxuram ki, mövsüm çətin alınsın…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*