Rəsmi: Pastor Maldonado bu il yarışmayacaq

Son günlər gəzən şayiələr təsdiq olunub: Pastor Maldonado Twitter üzərindən verdiyi açıqlamada bildirib ki, o gələn il Formula1-də yarışmayacaq...

F-1.az sizə Pastor Maldonadonun açıqlamasını təqdim edir:

“Hörmətli azarkeşlərim! Son günlərdə mənim Formula1-dəki gələcəyim haqqında bəzi söz-söhbətlərin olduğunu hamı bilir.

Çox erkən başlayan və 23 ildir davam edən idman karyeram ərzində böyük yarışlarda mübarizə apardım. Ailəmin köməyi ilə böyüdüm və peşəkar idmançı oldum. Burada qələbənin ləzzətini daddım və bu mənu daha yaxşı olmağa vadar etdi.

Gənc yaşlarımda ölkəmi tərk etdim, tanımadığım ölkələrə yollandım, xalqımdan, kökümdən, Venesuelamdan ayrı düşdüm. Onda anladım ki, məni qarşıma qoyduğum məqsəddən ayıran çoxlu səbəblər var, amma mən hamısını dəf edərək məqsədə çatmağı öyrəndim.

Kartinq üzrə dünya çempionatı, Renault 2000 Formulası, Formula3000, Dünya Renault Seriyası və GP2-də unudulmaz titul. Mən uğura alışdım və 200-dən çox müxətlif formalı və ölçülü kubok qazandım. Sonra mənim ən böyük arzum gerçəkləşdi – mən Formula1-ə düşdüm və uzun müddət gözlədiyim qələbəni, 2012-ci ilin İspaniya Qran Prisini qazandım. Bütün bunlar ailəmin, azərkeşlərimin və böyük ölkəmin dəstəyi sayəsində baş verdi, bu ölkənin himni məni bütün dünyada müşayiət edirdi, bu ölkənin bayrağı yalnız maşınımda deyil, ürəyimdə və podiumun ən yüksək pilləsində dalğalanırdı.

Bu gün böyük təəssüflə sizə bildirirəm ki, mən 2016-cı ildə Formula1 çempionatının startında durmayacağam, gələcəyim haqqında maraqlandığınız və dəstəklədiyiniz üçün hamınıza təşəkkür edirəm. Sizin dəstəyinizi hiss etmək mənə çox xoşdur və peşəkar karyerama görə qürur duyuram.

Mən Allahıma, sponsorlarıma, dostlarıma, azarkeşlərimə və arzumu gerçəkləşdirərək Venesuelanı avtoidmanın zirvəsində təmsil etməyimə yardımçı olan hər bir kəsə təşəkkür edirəm. Tezliklə görüşərik!

Sizin Pastor Maldonado…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*