Rəsmən: Y.Tsander Sauber komandasına texniki direktor təyin olunub

Bu gün Sauber komandası Yorq Tsanderin komandanın texniki direktoru təyin olunduğunu rəsmən elan edib.

F-1.az xatırladır ki, Mark Smit komandanı mövsümün əvvəlində tərk etdikdən sonra bu vəzifə vakant idi.

Hazırda 52 yaşlı Yorq hazırda Dözümlülülk çempionatında (WEC) çıxış edən Audi-nin zavod komandasının texniki direktoru vəzifəsini icra edir. Amma almanlar keçən ay mövsümün sonunda çempionatı tərk edəcəklərini elan etmişdilər. Yorqun Formula1-də çox zəngin iş təcrübəsi var: müxtəlif illərdə almaniyalı mühəndis Toyota, BAR-Honda, Williams və Brawn GP komandalarında çalışıb. BMW Sauber komandasında bir il baş konstruktor kimi fəaliyyət göstərib.

Yorq TSander: “Mən Sauber-ə və mənim üçün doğma olan İsveçrəyə qayıtmağa çox şadam. Dözümlülük çempionatında yüksək səviyyədə bir neçə il yarışdıqdan sonra komandanın texniki direktoru olmağıma və Monişa Kaltenborn ilə, komanda ilə, mühəndis və mexaniklərlə Formula1-in yeni erası üzərində işləməyə çox sevinirəm. Reqlamentdəki dəyişikliklər innovasiya və texniki kreativlikdən istifadə etməklə yeni inkişaf yolu tapmağa gözəl imkanlar verir.

Mənim əsas vəzifələrimdən biri stabil və effektiv texniki təşkilat qurmaqdır, məqsədimiz isə yaradıcılıq potensialımızdan istifadə etməklə uğurlu maşın hazırlamaqdır. Çox maraqlıdır, ona görə də səbirsizliklə yeni mövsümü gözləyirəm”.

Monişa Kaltenborn:  “Biz Yorqun komandaya texniki direktor təyin olunmasından çox razıyıq. Biz fəxr edirik ki, məşhur və təcrübəli mühəndisi komandanın bir hissəsi olmağa əmin edə bildik. Bu, perspektiv məsələlərəin və məqsədlərimizin realizə olunması üçün çox vacib addım idi.

Tsander bizim komandaya uyğun gəlir, o, Formula1-i və avtoidmanı ümumın yaxşı tanıyır. Yeni işində Tsander texniki şöbələrin işinə cavabdeh olacaq. Hinvildəki bazamızda yüksək texniki səviyyədə işləmək imkanı olacaq. Biz əminik ki, bir yerdə inkişaf edəcəyik. Biz Yorqa komandamızda uğurlar arzulayırıq!”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*