Rəsmən: X.M.Fanxionun iki oğlu varmış…

DNT nümunələrinin təhlilindən sonra Ruben Vaskes Formula1 üzrə beşqat dünya çempionu Xuan Manuel Fanxionun rəsmən ikinci oğlu elan olunub...

F-1.az xatırladır ki, hələ keçən ilin avqustunda əfsanəvi argentinalı sürücü Xuan Manuel Fanxionun qəbri açılaraq cəsədinin qalıqları DNT təhlili üçün eksqumasiya olunmuşdu, buna səbəb isə Oskar Espinosa və Ruben Vaskesin sürücünün oğulları olması iddialarının dəqiqliyini yoxlamaq idi.

Keçən ilin sonunda 77 yaşlı Espinosa rəsmən Fanxionun oğlu elan olunmuşdu, indi isə ikinci oğul da öz statusunu hüquqi cəhətdən təsdiq edib.

Qardaşından 4 yaş balaca olan Vaskes həmişə deyirdi ki, onun anası Katalina Bazili ölümündən bir qədər əvvəl, yəni 2005-ci ildə etiraf edib ki, o, Fanxionun oğludur – onların münasibətləri keçən əsrin 40-cı illərinə təsadüf edib.

Qeyd etmək lazımdır ki, Fanxio ömrü boyu rəsmən evlənməyib və sağlığında heç bir övladını rəsmən tanımayıb. Maraqlıdır ki, Espinosanın anası Andrea Berruet ilə Fanxio uzun müddət çox sıx münasibətdə olub, Andrea sürücünü bütün Qran Prilərdə müşayiət edib və qələbə münasibətilə həmişə birinci təbrik edənlərdən olub.

Xatırladaq ki, argentinalı sürücü 1995-ci ildə 84 yaşında dünyasını dəyişib…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*