Rəsmən: V.Liutsi Hispania-nın sürücüsüdür!

Gözlənildiyi kimi, bu gün Hispania komandası rəsmən təsdiq edib ki, 2011-ci ildə ikinci maşının sükanı arxasında Vitantonio Liutsi oturacaq. Bir […]

Gözlənildiyi kimi, bu gün Hispania komandası rəsmən təsdiq edib ki, 2011-ci ildə ikinci maşının sükanı arxasında Vitantonio Liutsi oturacaq. Bir neçə ay əvvəl təcrübəli italiyalı sürücüyə məlum olub ki, Force İndia komandası onun xidmətlərindən imtina edib, amma artıq fevral ayında Barselonada Hispania komandasının testlərində iştirak edib…

Vitantonio Liutsi: “Mən razıyam ki, Hispania komandası ilə müqavilə bağlamışam. Mən heç vaxt Formula1-də qalmaq ümidini itirmirdim, çünki bilirdim ki, mənim istənilən gənc komandaya lazım olan təcrübəm də, zəruri bütün keyfiyyətlərim də var. Mən yeni çağırışı qəbul edirəm və bu məni ruhlandırır. Amma mən hələ çox işləməliyəm, çünki maşının təkmilləşdirilməsi üzrə aaprıcı rolu üzərimə götürməliyəm.

Mən Xose Ramon Karabanteyə və Kolin Kollesə hədsiz minnətdaram, çünki onlar mənə belə bir imkan veriblər.”

Kolin Kolles: “Mən Tonionu çoxdan tanıyıram, çünki o, mənim digər yarış seriyalarındakı komandalarımda çıxış edib. O, əsil peşəkardır və komandaya çox şey verə bilər.

Mən nə onun sürətinə, nə də onun maşını təkmilləşdirmə qabiliyyətinə tərəddüd etmirəm… Mən əvvəllər də onunla işləmişəm, ona görə də şadam ki, indi o bizim komandada çıxış edəcək və bununla fəxr edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*