11 Dekabr 2017, Bazar ertəsi - 13:16

Rəsmən: Valtteri Bottas daha bir il Mercedes-də qalacaq

Rəsmən: Valtteri Bottas daha bir il Mercedes-də qalacaq

Müəllif: Rauf Hacıyev, redaktor

15:30 - 13 Sentyabr, 2017

Mercedes komandası Valtteri Bottasla daha bir il müqavilə uzadıb.

F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə çempion olduqdan 6 gün sonra gözlənilmədən istefa vermiş və Mercedes komandası almaniyalı sürücünün əvəzinə Bottası gətirərək, 1 illik müqavilə bağlamışdı. Komandaya tez öyrəşən finlandiyalı sürücü bu mövsüm 2 yarış qazanmaqla, 9 dəfə podiuma yüksəlib.

Toto Volff: “Valtterini bu il böyük bir mübarizəyə daxil etdik. Son anda komandaya gəldi və Formula1-də ön qrupa yüksələrək, ən güclü sürücünün komanda yoldaşı oldu. Amma təsiredici nəticələr əldə etdi. Bəzən performansında enişlər oldu. Amma müsbət tərəfləri daha çox idi. Rusiya və Avstriyada qələbələri vacib idi. Buna görə də növbəti mövsüm onunla davam edəcəyimiz dəqiq idi. Sürücülərimiz arasındakı hörmət də vacib faktorlardandır. Onlar yaxşı yola gedirlər. Buna görə də rəqiblərimizlə mübarizə apara bilirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 022
Teqlər , , ,
Paylaş

logo