16 Dekabr 2017, Şənbə - 20:41

Rəsmən: Toro Rosso gələn mövsüm üçün sürücü heyətini təsdiq edib

Rəsmən: Toro Rosso gələn mövsüm üçün sürücü heyətini təsdiq edib

Müəllif: Elçin Zodorov, redaktor

17:14 - 16 Noyabr, 2017

F-1.az xəbər verir ki, Toro Rosso da gələn mövsüm üçün sürücü heyətini təsdiqləyən komandalar sırasına qoşulub. Sürpriz baş verməyib – italyanlar çempionatda bu mövsüm sonradan debüt etmiş Pyer Qasli və Brendon Hartli ilə yollarına davam edəcəklər.

Frants Tost: “Biz şadıq ki, Red Bull gələn il üçün sürücü heyətimizi tez təsdiqləyib. Sürücülərimiz maşına tez alışaraq və yaxşı nəticələr əldə edərək Formula1-də yarışmağa və vəzifələrini həmişə yerinə yetirməyə hazır olduqlarını göstərdilər. Onların hər şeyi tez öyrənmələri bizə xoş təsir bağışladı. Bilirsiz, hər sürücü Formula1-ə tez alışa bilmir. İndi növbəti mövsümdə onlarla birlikdə işləməyə hazırlaşırıq. Ümid edirəm ki, onlara yaxşı maşın verə biləcəyik. Bu da trasda yaxşı çıxışla birləşdikdə gözəl nəticələr əldə edə bilərik. Əminəm ki, əllərindən gələnin ən yaxşısını edəcəklər və uğur üçün komanda ilə birgə çalışacaqlar”.

Pyer Qasli: “Çox şadam ki, Toro Rosso-da çıxış edəcəm və ilk tam mövsümümü keçirəcəm. Bu yolda mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm – Red Bull-a, Toro Rosso-ya, ailəmə və məni aşağı seriyalardan etibarən dəstəkləyən hər kəsə. Əbu Dabidə və gələn mövsümdə əlimdən gələni etməkdə qərarlıyam və çox şadam. Səbirsizliklə gözləyirəm!”

Brendon Hartli: “Toro Rosso-nun gələn mövsüm üçün mənimlə müqavilə bağlaması sadəcə heyranedicidir. Çox sevinirəm ki, bu gözlənilməz fürsətdən istifadə edə bildim 2018-ci il üçün müqavilə imzaladım. Bundan daha xoşbəxt ola bilmərəm! Red Bull və Toro Rosso-ya mənə ikinci şans verdikləri üçün minnətdaram, mənə inandılar – arzular gerçəkləşir. Bu gərgin mövsümü yaxşı nəticə ilə başa vurmaq və gələn mövsümə güclü başlamaq üçün daha əzmlə çalışacam”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 786
Teqlər , , , ,
Paylaş

logo