Rəsmən: Sauber sürücü heyətini açıqlayıb

Hazırda Milanda Alfa Romeo-nun tarix muzeyində əfsanəvi brendin Sauber komandası ilə əməkdaşlığının başlanmasına həsr olunmuş mərasim keçirilir.

F-1.az xəbər verir ki, bir az əvvəl komanda 2018-ci il üçün heyətini də açıqlayıb: gözlənildiyi kimi, Markus Erikssonun yeni komanda yoldaşı Formula2 seriyasının sonuncu çempionu Şarl Lekler seçilib. Keçənilki vitse-çempion Antonio Covinatsi isə komandanın ehtiyat sürücüsü elan olunub. Mərasimdə çıxış edən komandanın başçısı Frederik Vassyör təsdiq edib ki, Antonio bir neçə Qran Prinin cümə sərbəst yürüşlərində həmyerlisini sükan arxasında əvəz edəcək.

Bu isə o deməkdir ki, Paskal Verlyayn ya DTM-ə qayıtmalıdır, ya da özünü Formula E-də sınamalıdır. Düzdür, Williams komandasında hələ bir sürücü yeri vakantdır, amma almaniyalı sürücünün bu yeri tutmaq şansı minimaldır.

Mərasim zamanı Sauber komandası gələcək maşının rəng çalarlarını da təqdim edib: builki maşın Alfa Romeo-nun ənənəvi qırmızı-ağ rənglərinə boyanıb. Hərçənd, komanda qeyd edib ki, nümayiş olunan çalarlar sadəcə konseptdir və mövsümün əvvəlinə qədər cüzi dəyişikliklər edilə bilər.

Mərasimdə Ferrari-nin prezidenti Sercio Markionne, çempionatın icraçı direktoru Çeyz Keri, Sauber Holding AG-nin icraçı direktoru Paskal Piççi və FİA-nın prezidenti Jan Todt da çıxış ediblər…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*