24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:13

Rəsmən: Sauber Ferrari mühərriyi ilə yarışacaq

Rəsmən: Sauber Ferrari mühərriyi ilə yarışacaq

Müəllif: Rauf Hacıyev, redaktor

10:17 - 28 İyul, 2017

Sauber komandası Ferrari ilə yeni müqavilə bağlayıb və müqaviləyə əsasən isveçrəlilər 2018-ci ildən Ferrari mühərriyindən istifadə edəcəklər.

F-1.az xatırladır ki, Sauber komandası uzun illər tərəfdaşlıq etdiyi Ferrari-dən ayrılmaq qərarına gəlmiş və Honda ilə müqavilə bağlamışdı. Lakin Monişa Kaltenbornun istefa verməsi ilə bu müqavilə qüvvədən düşdü və tərəflər dünən bu anlaşmanı tamamilə ləğv ediblər. Lakin isveçrəlilər bu xəbərdən bir gün sonra italyanlarla müqavilə bağladıqlarını ictimaiyyətə bildiriblər. Beləliklə, Sauber gələn il Ferrari-nin yeni mühərriyindən istifadə edəcək.

Frederik Vassyör: “Ferrari ilə çoxillik müqavilə bağladıq və onlarla işləyəcəyimiz üçün sevincliyik. Sauber komandası ilə Ferrari arasındakı təcrübə bizim uğurlu gələcəyimizin təməlidir. Bu hal bizim 2018-ci il bolidinin inkişafına kömək edir”.

Ferrari ilə müqavilədən sonra Antonio Covinatsi və Şarl Leklerin Sauber-də yarışmaq üçün fürsətləri yarana bilər. Vassyör də daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, mühərriklə bağlı müqavilədə bu cür hallar ola bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 230
Teqlər , ,
Paylaş

logo