16 Dekabr 2017, Şənbə - 14:56

Rəsmən: Santander Bankı Formula1-i tərk edib

Rəsmən: Santander Bankı Formula1-i tərk edib

Müəllif: Rauf Hacıyev, redaktor

15:15 - 29 Noyabr, 2017

İspaniyanın Santander Bankı gələn ildən etibarən Ferrari-yə sponsorluq etməyəcək.

F-1.az xatırladır ki, Ferrari və Santander 2010-cu ildə müqavilə bağlamışdılar. İspanlar o gündən etibarən “qırmızılar”ın ən böyük sponsorlarına çevrilmişdilər. Amma bu gün Santander Bankının verdiyi rəsmi açıqlamaya əsasən gələn ildən etibarən nə Formula1-ə, nə də Ferrari-yə sponsorluq etməyəcəklər…

İspaniya şirkəti bütün diqqətini və resursunu qitənin ən böyük idman turniri olan UEFA Çempionlar Liqasına yönəldəcək. Bu barədə Santander-in İdarə heyətinin rəhbəri Ana Botin xəbər verib: “Son 10 ildə bizimlə tərəfdaşlıq edən Ferrari komandasına və Formula1-ə minnətdarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 76
Teqlər , ,
Paylaş

logo