17 Dekabr 2017, Bazar - 12:13

Rəsmən: S.Peres Force İndia-da qalır!

Rəsmən: S.Peres Force İndia-da qalır!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:11 - 03 Oktyabr, 2016

Bazar günü axşam Serxio Peres rəsmən təsdiq edib ki, 2017-ci il mövsümünü də Force İndia komandasında keçirəcək – F-1.az xəbər verir ki, komanda ilə Peresin sponsorları bütün mübahisəli məsələləri həll ediblər…

Serxio Peres: “Mən gələn il də Force İndia-da çıxış edəcəyimi bildirməyə çox şadam. Komanda və mənim sponsorlarım razılıq əldə ediblər, bu kollektivdə özümü rahat hiss edirəm və gələcəyə böyük nikbinliklə baxıram. Son iki ildə komanda ciddi inkişaf edib – bizim birlikdə uğur qazanmağa böyük potensialımız var. Komanda məni yaxşı tanıyır, onlar üçün stabillik vacibdir – xüsusən də gələn il gözlənilən radikal reqlament dəyişiklikləri fonunda.

Böyük ruh yüksəkliyi ilə cari mövsümün sonunu və qarşıdakı mövsümü gözləyirəm. Komanda mənə inanır və mən əlimdən gələn edəcəm ki, qazandığım xallarla, podiumlarla, ümid edirəm ki, qələbələrlə, onlara borcumu qaytarım. Mən meksikalı tərəfdaşlarıma, xüsusilə də məni gənc yaşlarımdan dəstəkləyən Telmex və Telcel şirkətlərinə təşəkkür edirəm. Onlar bu gün də mənim karyeramda vacib rol oynayırlar…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 283
Teqlər , ,
Paylaş

logo