24 Oktyabr 2017, Çərşənbə axşamı - 05:53

Rəsmən: R.Kubitsa Macarıstandakı testlərdə iştirak edəcək!

Rəsmən: R.Kubitsa Macarıstandakı testlərdə iştirak edəcək!

Müəllif: Elçin Zodorov, redaktor

12:23 - 24 İyul, 2017

Renault komandası rəsmi Twitter hesabından 2012-ci ilin maşını ilə iki uğurlu test sessiyasını başa vuran Robert Kubitsanın Macarıstan Qran Prisindən sonra Hunqarorinqdə baş tutacaq mövsümiçi testlərdə iştirak edəcəyini təsdiqləyib.

F-1.az xəbər verir ki, polşalı sürücü testlərin ikinci və son günüdə – avqustun 2-də R.S.17-nin sükanı arxasına keçəcək. Renault bu testlərdən əldə ediləcək məlumatlara əsasən Robertin nəticələrini komandanın hazırki sürücülərinin nəticələri ilə müqayisə edəcək və onun əsas sürücü kimi çempionata qayıtmaq şansları qiymətləndiriləcək.

Siril Abitebul: “Kubitsa iştirak etdiyi iki testdə bizə xeyli məlumat toplamaq imkanı yaratdı. Qarşıda isə R.S.17 ilə sınaq var. Robert mövcud reqlamentə uyğun olan maşını idarə edəcək və bu, bizə daha dəqiq məlumatlar verəcək. Testlər başa çatandan sonra onun nə vaxt yarışlara qayıda biləcəyini öyrənmək üçün ciddi təhlillər aparacağıq”.

Qeyd edək ki, komandanı testlərin ilk günündə Nikola Latifi təmsil edəcək.

Testlər uğurlu alınarsa, Robertin Spada Colion Palmeri əvəzləyəcəyi barədə şayiələr gəzir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 848
Teqlər , , , ,
Paylaş

logo