Rəsmən: Paskal Verlyayn Sauber-də!

Sauber komandası bu gün verdiyi açıqlamada bildirib ki, Paskal Verlyayn qarşıdakı mövsümdə komandanın şərəfini qoruyacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü Mercedes-də Rosberqi əvəzləmək üçün ən real namizədlərdən sayılsa da, təcrübəsi az olduğu üçün komandanın rəhbərliyi bu keçidi dəstəkləməmişdi…

Paskal Verlyayn: “Yeni bir komanda və yeni bir mübarizə olacaq. Bunun üçün səbirsizlənirəm. Hədəfimiz orta qrupda davamlı xal almaq olacaq. Sauber-i dəstəkləmək üçün əlimdən gələni edəcəm. Komandanın əməkdaşları ilə tanış olmaq, onlarla danışmaq və 2017-ci ilə hazırlaşmaq üçün səbirsizlənirəm. Mənə güvənən və bu fürsəti verən Sauber komandasına təşəkkür edirəm. Mənə verdiyi dəstəyə görə isə Mercedes-ə xüsusi təşəkkür edirəm”.

Sauber komandasının rəhbəri Monişa Kaltenborn isə transferlə bağlı bunları deyib: “Paskal karyerası ərzində istedadını göstərib. DTM-də qazandığı titul bunlardan biri idi. Keçən il də Avstriya yarışından xal qazanaraq öz potensialını nümayiş etdirdi. Paskal daha çox inkişaf edəcək və biz zirvəyə yüksəlməsi üçün ona öyrənmə fürsəti verəcəyik. Markus və Paskal 2017-ci il üçün mükəmməl cütlük olacaqlar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*