21 Sentyabr 2018, Cümə - 12:17

Rəsmən: P.Verlyayn DTM-ə qayıdıb

Rəsmən: P.Verlyayn DTM-ə qayıdıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:19 - 07 Fevral, 2018

2018-ci ildə Formula1-də özünə yer tapa bilməyən Paskal Verlyayn yenidən DTM seriyasına qayıdıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü son mövsümü Sauber komandasında keçirmiş, amma isveçrəlilərin Ferrari ilə müqavilə bağlamasından sonra komandadan göndərilərək, Mercedes-in ehtiyat sürücüsü olmuşdu.

Lakin Mercedes-in DTM sürücüləri Mario Engel və Robert Uikens başqa seriyalarda yarışmaq qərarı alıblar və buna görə də 24 yaşlı sürücünün DTM-ə keçidi gündəmdə idi.

Paskal Verlyayn: “DTM-də gözəl xatirələrim var. 2015-ci ildəki çempionluğum barədə danışmıram. Burada güclü komanda ruhu var və işçilərlə gözəl təcrübələr yaşamışıq. Formula1-də yarışanda belə DTM-i izləyirdim. 2015-ci ildə Çempion olduqdan sonra burada çox şey dəyişib. Amma buradakı çətinlikləri sevirəm və maşın sürmək üçün səbirsizlənirəm”.

Qeyd edək ki, Verlyayn DTM-ə qayıtdıqdan sonra peletonda 7 Dünya Çempionu çıxış edəcək.

Xatırladaq ki, Paskal Verlyayn 2015-ci ildə DTM-dəki üçüncü mövsümündə Dünya Çempionu olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , ,
Paylaş

logo