Rəsmən: P.Qasli mövsümü Toro Rosso ilə başa vuracaq

Red Bull komanadasının idman məsləhətçisi Helmut Marko Almaniyanın Auto Bild nəşrinə müsahibəsində bildirib ki, Pyer Qasli mövsümü Toro Rosso ilə başa vuracaq.

F-1.az xatırladır ki, fransalı gənc sürücü keçən həftə Toro Rosso-ya Daniil Kvyatı ikiyarışlıq əvəz etmək üçün çağırılmışdı. Amma Markonun bildirdiyinə görə, rusiyalı sürücü öz maşınının sükanı arxasına qayıda bilməyəcək.

Marko əlavə edib ki, hazırda sadəcə Ostindəki yarış barədə qərar qəbul olunmayıb – Qaslinin titul uğrunda mübarizə apardığı Super Formula çempionatının son yarışı ABŞ Qran Prisi ilə üst-üstə düşür, ona görə də Toro Rosso və Honda (komandanın gələn il istifadə edəcəyi motor istehsalçısı Pyer üçün bu çempionatda motor istehsalçısıdır) son qərar üzərində düşünürlər ki, hansı çempionata üstünlük verilsin…

Helmut Marko: “Aydındır ki, Qasli mövsümü Toro Rosso ilə başa vuracaq. Hələlik yalnız Ostində iştirak barədə qərar qəbul olunmayıb, çünki Pyer Honda üçün Yaponiyada titul qazana bilər. 2018-ci ilə gəlincə, ümid edirəm ki, Qasli Toro Rosso ilə yarışacaq”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*