19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:26

Rəsmən: Mövsümöncəsi testlər Barselonada keçiriləcək

Rəsmən: Mövsümöncəsi testlər Barselonada keçiriləcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:21 - 22 Oktyabr, 2016

Cümə günü Ostində Berni Ekklstoun, Çarli Uaytinq və komanda başçılarının görüşü baş tutub – görüşdə Pirelli-nin gələn il mövsümöncəsi testlərin Bəhreyndə keçirilməsi təklifi müzakirə olunub.

F-1.az xəbər verir ki, görüşdə səslənən təkliflərin heç biri yekdillik qazanmadığı üçün qəbul olunmayıb. Top-komandalardan Mercedes AMG və Ferrari hər iki test sessiyasının Bəhreyndə keçirilməsini dəstəkləyiblər, Red Bull və Williams isə bunun əleyhinə olublar. Bir dördgünlük sessiyanın Avropada, digərinin isə Asiyada keçirilməsi də eyni komandalar tərəfindən boykot edilib. Testlərin hər iki avtodromda paralel keçirilməsi də komandalar tərəfindən birmənalı qarşılanmayıb.

Nəticədə, hər iki dördgünlük test seriyası Kataloniya avtodromunda baş tutacaq: komandalar əvvəlcə 27 fevral-2 mart aralığında toplaşacaqlar, 4 günlük fasilədən sonra 7-10 mart aralığında ikinci toplantı olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər , , ,
Paylaş

logo