15 Dekabr 2017, Cümə - 22:00

Rəsmən: McLaren komandası Honda motorlarından imtina edib

Rəsmən: McLaren komandası Honda motorlarından imtina edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:03 - 15 Sentyabr, 2017

Əvvəldən də xəbər verildiyi kimi bu gün vacib xəbərlərin gələcəyi gündür. Toro Rosso komandasından cəmi 10 dəqiqə sonra McLaren komandası da gələn il motor təchizatçasını dəyişəcəyini açıqlayıb.

F-1.az bildirir ki, Red Bull-un törəmə komandası rəsmən Renault motorlarından imtina edən kimi McLaren Technology GroupHonda Motor Co. Ltd şirkəti də qarşılıqlı anşlamaya əsasən, texniki əməkdaşlıqlarını başa vurduqlarını açıqlayıblar. Hər iki şirkət təsdiq edib ki, mövsümün sonuna qədər yüksək nəticələr göstərməyə çalışacaqlar…

Takahiro Haçiqo, Honda Motor Co: “Təəssüf ki, qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün McLaren-lə yollarımızı ayırmalıyıq, amma bu qərarı hər iki tərəf üçün ən yaxşı yol qəbul edərik”.

Zek Braun, McLaren Technology Group: “Biz həmişə əmn idik ki, Honda Formula1-də yüksək nticələr göstərməyə çalışır. Şirkət nəyə qadir olduğunu dəfələrlə sübut edib, amma bizim son əməkdaşlığımız istədiyimiz nəticələri vermədi.

Əminik ki, bunun səbəbi yaponların səhv istiqamətdə inkişaf etməyində deyil. Biz ümid edirik ki, Honda çempionatda qalacaq və yeni səviyyyə çıxacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 699
Teqlər , , , , ,
Paylaş

logo