24 Noyabr 2017, Cümə - 17:15

Rəsmən: Maks Ferstappen 2020-ci ilə qədər Red Bull-da qalacaq

Rəsmən: Maks Ferstappen 2020-ci ilə qədər Red Bull-da qalacaq

Müəllif: Elçin Zodorov, redaktor

19:15 - 20 Oktyabr, 2017

Lyuis Həmiltonun 32, Fernando Alonsonun isə 36 yaşı var. Gənc Maks Ferstappen hər bir komandanın maraq dairəsindədir.

F-1.az xəbər verir ki, məhz buna görə tədbirli davranan Red Bull hollandiyalı sürücü ilə yeni üçillik müqavilə imzalayıb.

Maks Ferstappen: “Red Bull-da hər zaman sübut ediblər ki, mənə və uğrularıma inanırlar. 16 yaşım olanda gənc sürücülər proqramına dəvət ediblər, 17 yaşımda isə Formula1-də yarışmaq şansını mənə veriblər. Burada əvvəllər arzuladığım nəticələri əldə etmişəm. Məni hər zaman dəstəkləyiblər və biz eyni məqsəd uğrunda çalışırıq. Məni bazada və trasda bütün əməkdaşlar dəstəkləyiblər. Biz birlikdə əla zaman keçirmişik. Red Bull-da qaldığım üçün şadam və birlikdə böyük uğrular qazanmağı səbirsizliklə gözləyirəm”.

Kristian Horner: “Biz şadıq ki, Maks Red Bull-la müqavilənin uzadılmasına razılıq verib. Bizim əməkdaşlığımızın fenomenal başlanğıcı olub. O, keçən il İspaniya Qran Prisində – komandamızın tərkibində çıxdığı ilk yarışda qalib gəlib. Həmin vaxtdan sonra da daha əzmlə çalışıb. Keçən ay bu mövsümkü uğursuzluqları unudub və Malayziyada qələbə qazanıb. Maks istedadına şübhə olmayan əsl yarışçıdır və nadir instiktə malikdir. Bunlar da ona stabil olaraq yüksək səviyyədə çıxış etməyə imkan verir.

Maks haqlı olaraq uğur qazanmaq istəyir və biz də birlikdə titullar, qələbələr əldə etməyi gözləyirik. Biz onunla bir neçə ildir ki, işləyirik. Hazırda komandanı öz ətrafında qurmaq və məqsədlərinə nail olmaq üçün ən yaxşı yerdədir”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 928
Teqlər , ,
Paylaş

logo