26 Sentyabr 2018, Çərşənbə - 18:45

Rəsmən: Lando Norris gələn il McLaren-də yarışacaq

Rəsmən: Lando Norris gələn il McLaren-də yarışacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:08 - 03 Sentyabr, 2018

Bir neçə saat əvvəl Stoffel Vandornla yolunu ayırmasını elan etdikdən sonra McLaren komandası 2019-cu il mövsümü üçün heyətini açıqlayıb: Karlos Saynsın komanda yoldaşı Lando Norris olacaq.

F-1.az xatırladır ki, Lando komandanın gənc sürücülər proqramının istedadlı yetirməsidir. Britaniyalı sürücü 2015-ci ildə MSA Formula seriyasında qalib gəldikdən sonra 2016-cı ildə Toyota Racing Series, Eurocup Formula Renault 2.0 və Formula Renault 2.0 NEC çempionatlarını da birinci yerdə başa vurmuşdu. Keçən il Avropa F3 çempionatına baş vuran Lando burada da özünə rəqib tanımayaraq titul qazanmışdı. Hazırda Norris Formula2 çempionatında mübarizə aparır və titulu namizəd iki sürücüdən biridir…

Zek Braun: “Biz, nəhayət, elan etməyə şadıq ki, McLaren-in 2019-cu ildə digər sürücüsü kim olacaq. Biz hesab edirik ki, Lando böyük potensialı olan istedadlı sürücüdür və məhz buna görə də, o, bizim siyahıda birinci idi.

Lando öz yaşı üçün çox yetişkən bir sürücüdür və çox sürətlə öyrənir. Biz hesab edirik ki, bizi onunla birlikdə uğurlu gələcək gözləyir. Biz onun karyerasına ciddi sərmayə yatırmışıq, onu daim simulyatorda  və trasda işə cəlb etmişik, amma o bütün bunların hamısına layiqdir, çünki sükan arxasında və mühəndislərlə ünsiyyət zamanı Lando öz bacarıqlarını göstərib. Lando bizim gələcək planın əsas hissəsidir.

Lando və Karlos – gənc yaşlarına baxmayaraq, əla cütlükdür, məhz bu sürücülər McLaren-ə gələcəyə addımlamağa kömək edəcəklər”.

Lando Norris: “McLaren-in heyətində gələn il yer almağımın elan olunması mənim arzumun reallaşmasıdır Hərçənd, mən çoxdan komandada çalışıram, bu gün mənim üçün xüsusi gündür – mən sadəcə bunun bir yuxu olduğunu güman edirdim.

Mən komandaya belə bir şans üçün minnətdarlıq etmək istəyirəm. Mən komandaya bütün bu illər ərzində mənə göstərdiyi dəstəyə görə də təşəkkür edirəm. Bu dəstək sayəsində mən inkişaf etdim, təcrübə topladım, xüsusən də F1-də testlər və son iki cümə sərbəst yürüşləri mənə ciddi kömək oldu.

Hazırda mən Formula2-də çıxışıma köklənmişəm. Mənim məqsədim McLaren-ə gəlməzdən öncə titul qazanmaqdır. Sona dörd yarış qalıb, çətin olacaq, amma mən mübarizə aparacam. Bundan başqa mən McLaren-lə sıx əməkdaşlıq etmək istəyirəm, çalışıram mühəndisləri, mexanikləri daha yaxından tanıyım ki, gələn ilə yaxşı hazırlaşım…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 271
Teqlər ,
Paylaş

logo