16 Dekabr 2017, Şənbə - 22:37

Rəsmən: Karlos Sayns gələn il Renault-da yarışacaq

Rəsmən: Karlos Sayns gələn il Renault-da yarışacaq

Müəllif: Rauf Hacıyev, redaktor

15:47 - 15 Sentyabr, 2017

Renault komandası bu gün verdiyi açıqlamada bildirib ki, Karlos Sayns gələn ildən etibarən Renault komandasında yarışacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2014-cü ildə Formula Renault 3.5 seriyasında çempion olmuş və növbəti mövsümdə Toro Rosso komandasında Formula1 karyerasına başlamışdı. 23 yaşlı sürücü ilk mövsümündə Ferstappeni sıralanma turu hesabında məğlub etmiş, 2016-cı və 2017-ci illərdə isə Kvyatı üstələmişdi. Sayns bu mövsüm Toro Rosso komandasının qazandığı 40 xaldan 36-na imza atıb.

Siril Abitebul: “Karlos Sayns Renault-nun yarış seriyalarından bəri diqqət mərkəzimizdə idi. Onu transfer etməyimiz komanda üçün əla xəbərdir. Düşünürəm ki, Niko və Karlos bir-birinə kömək edəcəklər. Karlosu bizə verdiyi üçün Helmut Markoya da təşəkkür edirəm. Karlos xüsusi sürücüdür və ona uğurlar arzu edirəm”.

Helmut Marko: “Karlosun Renault-ya transferinə görə çox sevinirik. Çox istedadlı və təcrübəli sürücüdür. Zavod komandasında işləməsi ona kömək edəcək. Bu, onun üçün fərqli çağırış olacaq. O yenə də Red Bull ailəsinin bir hissəsi olaraq qalacaq və onu izləməyə davam edəcəyik. Bu həm Karlos üçün, həm də Renault üçün əla xəbərdir”.

Karlos Sayns: “Renault-ya keçdiyim üçün xoşbəxtəm. Zavod komandasında yarışmaq mənim üçün qürurdur və gözəl performansımla onlara mükafat vermək istəyirəm. Formula1-də və əvvəlki seriyalarda Renault ilə çalışdım və buna görə də onların potensialından xəbərdaram. Bu, karyeram üçün yeni bir başlanğıcdır. Red Bull-a isə dəstəklərinə görə təşəkkür edirəm. Toro Rosso-dakı işçilərə də təşəkkür edirəm – bu, peşəkar komandadır və onlar üçün ən yaxşısını diləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 293
Teqlər , , , , , ,
Paylaş

logo