Rəsmən: K.Rəykkönen karyerasını Sauber-də davam etdirəcək

Ferrari komandasının rəsmi relizindən düz bir saat sonra Sauber komandası Kimi Rəykkönenlə ikiillik müqavilə bağladığını elan edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü F1 karyerasına 2001-ci ildə məhz İsveçrə təmsilçisində başlamışdı…

Frederik Vassyör: “Kimi Rəykkönen səviyyəsində bir sürücü ilə müqavilə bizim komanda üçün həlledici andır və qarşımıza qoyduğumuz məqsədə doğru vacib addımdır.

Kiminin Formula1-də təkrarolunmaz istedadı və böyük təcrübəsi yeni maşınla işdə bizə kömək edəcək, komandanın inkişafını sürətləndirəcək. Onunla birlikdə biz yeni mövsümə əsaslı baza üzərində başlayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*