Rəsmən: Honda Racing-i Brawn GP əvəz edəcək

Bu gün gecə keçmiş Honda Racing komandasının taleyi barədə rəsmi məlumat yayılıb – komandanın yeni sahibi Ross Braun olacaq və […]

Bu gün gecə keçmiş Honda Racing komandasının taleyi barədə rəsmi məlumat yayılıb – komandanın yeni sahibi Ross Braun olacaq və gözlənildiyi kimi yeni komanda Brawn GP adlanacaq. Yeni Brawn GP komandasının mətbuat xidmətinin yaydığı məlumata görə, Ross Braun və Honda Motor Company lazımi razılaşma əldə ediblər və yapon konserninin keçmiş zavod komandasının başçısı indi onun sahibi olacaq. Məlumatda təsidq edilir ki, Brawn GP builki mövsümdə Mercedes-Benz FO108W motorlarından istifadə edəcək. Əvvəllər də xəbər verdiyimiz kimi, Censon Battonun komanda yoldaşı isə çempionatın ən təcrübəli sürücüsü Rubens Barrikello olacaq, artıq bu duet çempionatın ən təcrübəli cütlüyü hesab olunur – onların çiyinləri arxasında 423 yarış qalıb.

Ross Braun: “Son aylar komanda üçün olduqca ağır keçdi, amma bugünkü bəyanat komandanın gələcəyini təmin etmək səylərinin uğurlu nəticəsidir. Mən çox təəssüf edirəm ki, uzun illər Honda Motor Company ilə işlədikdən sonra biz bu əməkdaşlığa son qoymağa məcbur olduq. Mən Honda-ya fantastik köməyə və dəstəyə görə minnətdarlıq etmək istəyirəm – hər şeydən əvvəl bütün kollektivimiz adından…

Mən şadam ki, bu il komandanın heyətində Censon Batton və Rubens Barrikello yarışacaqlar. Onların qiymətsiz təcrübə və bilikləri var və biz ümid edirik ki, tezliklə trasda işə başlayıb mövsümün ilk yarışına yaxşı hazırlaşacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*