21 Noyabr 2018, Çərşənbə - 22:12

Rəsmən: Force İndia satılmayacaq

Rəsmən: Force İndia satılmayacaq

Müəllif: Elçin Zodorov, redaktor

19:06 - 22 Fevral, 2018

Force İndia-nın mətbuat xidməti komandanın satılması ilə bağlı son vaxtlar artan şayiələri təkzib edən rəsmi açıqlama yayıb.

F-1.az xəbər verir ki, həmçinin, yeni bolidin mövsümöncəsi testlərin ilk günündə – fevralın 26-da Barselonada təqdim ediləcəyi qeyd olunub. Açıqlamada deyilir: “Force İndia-nın səhmdarları son vaxtlar KİV-də komandanın satılacağı ilə bağlı yayılan şayiələrə cavab olaraq bildirmək istəyirlər ki, hazırda potensial sərmayədarların heç bir təklifi nəzərdən keçirilmir.

Komanda diqqətini gələn həftə baş tutacaq ilk testlərə yönəldib. Yeni maşınımız bazar ertəsi Barselonada təqdim olunacaq. Serxio Peres və Esteban Okon VJM11-in üzərindən örtüyü qaldıracaqlar və yerli saatla 08:00-da media nümayəndələrinə pozalar verəcəklər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər , , , ,
Paylaş

logo