19 Noyabr 2017, Bazar - 01:30

Rəsmən: F.Massa karyerasını başa vurduğunu elan edib

Rəsmən: F.Massa karyerasını başa vurduğunu elan edib

Müəllif: Rauf Hacıyev, redaktor

16:43 - 04 Noyabr, 2017

Williams komandasının sürücüsü Felipe Massa 2017-ci ilin sonunda təqaüdə çıxacağını açıqlayıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü 269 Qran Pridə iştirak etdikdən sonra Formula1-dən ikinci dəfə təqaüdə çıxacaq. Qeyd edək ki, 36 yaşlı sürücü bu mövsüm 36 xal qazanıb və debütant komanda yoldaşı Strolla 4 xal uduzur.

Qeyd edək ki, Massanın əvəzinə Kubitsa, di Resta, Verlyayn və Kvyatın adları hallanırdı. Amma braziliyalı sürücü komandanın qərarını gözləmədən sosial media üzərindən təqaüdə çıxacağını açıqlayıb.

Xatırladaq ki, Massa 15 illik Formula1 karyerası ərzində 11 qələbə, 41 podium və 16 poul qazanıb. Bundan başqa, braziliyalı sürücü 2008-ci ildə çempionluğu 40 saniyə fərqlə əldən vermişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 664
Teqlər ,
Paylaş

logo