Rəsmən: F.Alonso WEC-də də çıxış edəcək

Keçən həftə 24 saatlıq Daytona marafonunda yarışan Fernando Alonso bu il Toyota ilə WEC (Dünya Dözümlülük Çempionatı) seriyasında çıxış edəcək.

F-1.az xatırladır ki, 36 yaşlı sürücü uzun illərdir ki, dğzümlülük yarışlarında çıxış etmək istəyir. Buna görə də ispaniyalı sürücü İMSA seriyasının 24 saatlıq Daytona marafonunda iştirak edib və etibarlılıq problemlərinə görə 38-ci olub.

Bu gün verilən açıqlamaya əsasən, Alonso 2018-ci ildə Fudzi yarışı istisna olmaqla WEC-in bütün yarışlarında iştirak edəcək. Veteran sürücünün Yaponiya yarışında iştirak etməmə səbəbi isə Formula1-də Amerika Qran Prisi ilə eyni günə düşməsidir. Beləliklə, Alonso bu il iki fərqli seriyada birdən yarışacaq.

Qeyd edək ki, keçən ilin sonunda Alonso Toyota-nın LMP1 prototipini test etmişdi.

Fernando Alonso: “Həmişə həzz alaraq deyirəm ki, avtoidmanın üç tacını qazanmaq istəyirəm. Keçən il İndy500-ü qazanmağa yaxın olsam da, alınmadı. Bu il 24 saatlıq Le Man marafonunda qalib gəlmək şansım olacaq. Bu böyük çağırışdır. Problem yaşaya bilərik, amma buna hazıram. Mübarizə üçün səbirsizlənirəm. WEC-də yarışmaq şansını mənə McLaren yaratdı. Mənim üçün çox vacib olduğunu anladıqları üçün şadam. Bu mübarizə Formula1-də McLaren-dəki hədəflərimə mane olmayacaq. 2018-ci ildə bütün yarışlarda güclü olmağı hədəfləyirəm və əminəm ki, uğura yaxınıq”.

Zek Braun: “Hamı bilir ki, Alonso 24 saatlıq Le Man marafonunda yarışmaq istəyir. Komandadakı hər kəs Alonso ilə işləməkdən razıdır. O, Formula1 komandası üçün böyük dəyərdir. Keçən il qərara gəldik ki, Monakoda yarışmaqdansa, İndy500-də mübarizə aparsın. Lakin hər iki tərəfin də əsas hədəfi Formula1-də uğur qazanmaqdır. McLaren komandasının sürücüləri həmişə fərqli seriyalarda yarışacaq qədər cəsarətli olublar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*