Rəsmən: E.Okon Force İndia-da!

Force İndia bu gün verdiyi açıqlama ilə 2017-ci ildə Esteban Okonu transfer etdiyini rəsmən bildirib.

F-1.az xatırladır ki, Hülkenberq Force İndia-dan ayrılaraq, Renault komandasına transfer olunmuşdu. Hindistanlılar almaniyalının əvəzinə bu il Formula1-də debüt edən Okonu transfer ediblər və fransalı gələn ildən etibarən Peresin komanda yoldaşı olacaq.

Qeyd edək ki, Okon daha əvvəl Formula3 və GP3 seriyalarında Dünya Çempionu titulunh qazanmışdı. 20 yaşlı sürücü mövsümə Renault-nun test və Mercedes komandasının DTM sürücüsü kimi başlasa da, mövsümün ikinci hissəsində Manor komandasına transfer olunmuşdu. Fransalı sürücü son yarışlarda güclü performans göstərmişdi.

Force İndia bu gün verdiyi açıqlamada Okon ilə çoxillik müqavilə imzaladığını bildirib.

Esteban Okon: “Force İndia komandasına transfer olunduğum üçün həyəcanlıyam. Keçmişdə onların test sürücüsü olmuşam və buna görə də onları yaxşı tanıyıram. Onlarla yenidən işləməyi səbirsizliklə gözləyirəm. Formula1-də nisbətən yeniyəm, amma Manor-da keçirdiyim yarım mövsümdə çox təcrübə qazandım. Force İndia mənimçün yeni fürsətdir.

Növbəti bir neçə ayda məşğul olacam. Bu mübarizəyə hazır olmaq üçün əlimdən gələni edəcəm. Bu o deməkdir ki, bazada və simulyatorda mühəndislərlə çoxlu vaxt keçirəcəm. Həyatım boyu hər şeyi düzgün etməyə çalışdım. Komandanın məndən gözlədiyi nəticələri almaq üçün əlimdən gələni edəcəm.

Manor-da hamıya təşəkkür etmək istəyirəm. Bundan başqa, mənə verdiyi dəstəyə görə Mercedes-ə təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*