17 Dekabr 2018, Bazar ertəsi - 11:31

Rəsmən: Daniil Kvyat gələn il Toro Rosso-ya qayıdır

Rəsmən: Daniil Kvyat gələn il Toro Rosso-ya qayıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:15 - 29 Sentyabr, 2018

Toro Rosso komandası bir az öncə Soçi Avtodromunun paddokunda elan edib ki, yerli sürücü Daniil Kvyat 2019-cu il mövsümündə Red Bull komandasına keçən Pyer Qaslini əvəz edəcək.

F-1.az hadisə yerindən xəbər verir ki, Kvyatın komanda yoldaşının adı açıqlanmayıb. Xatırladaq ki, rusiyalı sürücü Toro Rosso-da 2014-cü ildə debüt etdikdən bir il sonra ana komandada Sebastyan Fetteli əvəz etmişdi, lakin 2016-cı ilin Rusiya Qran Prisində elə Fettellə insidentə görə yenidən Toro Rosso komandasına qaytarılmış, 2017-ci ilin sonunda isə komandadan qovulmuşdu…

Daniil Kvyat: “Mən Red Bull və Toro Rosso komandalarına Formula1-də çıxış etmək imkanına görə təşəkkür edirəm, xüsusən də çox tanıdığım komandaya qaytmaq gözəl imkandır. Toro Rosso-da həmişə özümü evimdə hiss etmişəm, əminəm ki, gələn il də belə olacaq.

Eyni zamanda, mən Ferrari-yə də təşəkkür edirəm, məni cari mövsümdə F1-də saxladılar. Baxmayaraq ki, bu ili yalnız simulyatorda çalışdım, indi Toro Rosso-dan getdiyimdə olduğumdan da yaxşı formadayam.

Mən heç bir zaman F1-ə qayıtmaq arzumdan imtina etməmişdim, hələ gəncəm, özümü yaxşı fiziki formada saxlayırdım ki, qayıtmaq imkanı olsa, tam hazır olum. Mən əlimdən gələn hər şeyi edəcəm ki, komandanın ümidini doğruldum və karyeramın yeni startını səbirsizliklə gözləyirəm!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər ,
Paylaş

logo