Rəsmən: D.Kvyat Toro Rosso-da qalır!

Mövsümə Red Bull-da başlayan, Rusiya Qran Prisindən sonra Toro Rosso-ya göndərilən Daniil Kvyat Karlos Saynsdan geridə qalmışdı və mövsümün sonunda komandadan göndəriləcəyi bildirilirdi.

F-1.az xəbər verir ki, Force İndia-nın Kvyatı transfer etmək istədiyi barədə söhbətlər çıxdıqdan bir neçə gün sonra – bu gün Toro Rosso Kvyat və Saynsın komandada qalacağını rəsmi şəkildə açıqlayıb.

Scuderia Toro Rosso: “İstedadlı sürücülərimzə göz dikənlər uzaq dursunlar. Hər ikisi bizimlə qalır!”

Daniil Kvyat: “Toro Rosso-ya qayıtdığımdan bəri məndən dəstəklərini əsirgəməyən və mənə inanan bütün komanda üzvlərinə və Doktor Markoya təşəkkür etmək istəyirəm. Mən öz evim kimi gördüyüm bu komandada qaldığım üçün xoşbəxtəm. Birlikdə çox intensiv işləyirik və 2017-ci ildə davam etmək üçün səbirsizlənirəm. Gələcək üçün böyük hədəflərim var. Həmişə özümü işə həsr edəcəm və ikiqat çalışacam.

Frants Tost: “Gələn il yarışacağımız pilotların kimlər olacağını dəqiqləşdirmək vacib addım idi. Motor tədarükçüsünü dəyişdirəcəyimiz bir dövrdə eyni sürücülərlə yola davam etmək bizə stabillik verəcək. Karlos bizimlə üçüncü ilini keçirəcək. Daniil də son yarışlarda formada olduğunu göstərdi. Ona hər zaman gələcəyinin öz əllərində olduğunu dedim və o da yaxşı çıxış edərək komandadakı yerini qorudu. Çətin keçəcəyi gözlənilən növbəti mövsümdə çox istedadlı sürücülərə sahib olacayıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*